Krım parlamenti müstəqillik haqqında Bəyannamə qəbul edib - VİDEO

Krım parlamenti müstəqillik haqqında Bəyannamə qəbul edib - <span style="color: red;">VİDEO
# 11 mart 2014 11:13 (UTC +04:00)

Bakı – APA. Krım Ali Soveti muxtar respublikanın və Sevastopol şəhərinin müstəqilliyi haqqında Bəyannamə qəbul edib. APA-nın “lenta.ru” xəbər portalına istinadən yaydığı məlumata görə, Bəyannamənin lehinə Ali Sovetin 100 deputatından 78-i səs verib.

Sənəd yarımadanın Rusiyanın tərkibinə daxil olmasının və 16 mart referendumunun hüquq əsaslarını yaradır. Əgər Rusiyaya birləşmə referendumda əhali tərəfindən dəstəklənərsə, Krım müstəqil və suveren dövlət elan olunacaq. Daha sonra “müstəqil Krım Respublikası” adından Rusiya dövlətinə müraciət ediləcək ki, Krım federasiya subyekti kimi bu ölkənin tərkibinə daxil edilsin.

Bəyannamədə BMT Nizamnaməsi və digər beynəlxalq sənədlərdə əksini tapmış millətlərin öz müqəddəratını təyinetmə hüququna və BMT-nin himayəsindəki beynəlxalq məhkəmənin Kosovonun müstəqilliyi haqqında 22 iyul 2010 tarixli qərarına istinad olunur. Həmin məhkəmənin qərarına görə, dövlətin bir hissəsinin öz müstəqilliyini elan etməsi beynəlxalq hüquqa zidd deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR