Azərbaycanın müdafiə naziri Türkiyə Aviasiya Sənayesində olub

Azərbaycanın müdafiə naziri Türkiyə Aviasiya Sənayesində olub
# 25 dekabr 2013 14:21 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Ankarada səfərdə olan Azərbaycanın müdafiə naziri Zakir Həsənovun başçılıq etdiyi nümayəndə heyəti bu gün Türkiyə müdafiə sənayesinin aparıcı şirkətlərindən olan Türkiyə Aviasiya Sənayesində (TAİ) olub.

Bu barədə APA-ya TAİ-dən məlumat verilib.

TAİ-nin müəssisəsini gəzən Azərbaycanın müdafiə nazirinə burada reallaşdırılan «Anka» pilotsuz uçuş aparatı, «Hürkuş» təlim təyyarəsi, T-129 ATAK döyüş helikopteri, dronlar (hədəf təyyarələri) və s. barədə məlumatlar verilib.

Naziri maraqlandıran suallar cavablandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR