Böyük Britaniyanın xarici işlər naziri: “Şahdəniz-2” layihəsinin reallaşması Azərbaycana əlavə investisiyalar cəlb etməyə imkan verəcək”

Böyük Britaniyanın xarici işlər naziri: “Şahdəniz-2” layihəsinin reallaşması Azərbaycana əlavə investisiyalar cəlb etməyə imkan verəcək”
# 17 dekabr 2013 08:11 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu Böyük Britaniyanın xarici işlər naziri Uilyam Heyq Bakıda keçirilən “Şahdəniz-2” layihəsi üzrə yekun investisiya qərarının imzalanması mərasimində bildirib.

Onun sözlərinə görə, “Şahdəniz-2” layihəsinin inkişafı “Cənub dəhlizi”nin yaranmasına imkan verəcək ki, bu da Avropanın enerji təhlükəsizliyini təmin edəcək və yeni qaz mənbələrini təqdim edəcək.

Nazir “Cənub dəhlizi”nin genişlənməsinin mümkünlüyünü vurğulayıb: “Bu isə Yaxın Şərqdə enerji resursları mənbələrinə çıxış etməyə və Avropanın enerji təhlükəsizliyini daha da möhkəmləndirəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR