Neftin ucuzlaşması davam edir

Neftin ucuzlaşması davam edir
# 24 sentyabr 2013 06:55 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Sentyabrın 23-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair noyabr müqaviləsinin dəyəri 1,25 dollar və ya 1,2% azalaraq 1 barelə görə 103,50 dollar təşkil edib.

«APA-Economics»in məlumatına görə, sentyabrın 23-də ICE London qitələrarası birjasında noyabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 1,13 dollar və ya 1,0% azalaraq 108,09 dollar olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR