BMT Baş Assambleyası Suriya münaqişəsi ilə bağlı qətnamə qəbul edib

BMT Baş Assambleyası Suriya münaqişəsi ilə bağlı qətnamə qəbul edib
# 16 may 2013 01:19 (UTC +04:00)

Bakı-APA. BMT Baş Assambleyası Suriya münaqişəsinin eskalasiyasını pisləyən və münaqişənin dinc yolla həllinə çağıran qətnamə qəbul edib.

APA-nın məlumatına görə, tövsiyə xarakteri daşıyan qətnaməni 107 ölkə dəstəkləyib, 59 dövlət bitərəf qalıb, 12 ölkə , o cümlədən Rusiya, Belarus, Çin, İran, Suriya, Venesuela və Şimali Koreya sənədin əleyhinə səs veriblər. Qətnaməni dəstəkləyən ölkələr arasında Azərbaycan da var.

Qeyd edək ki, BMT Baş Assambleyası təxminən bir il əvvəl də analoji qətnamə qəbul edib, o zaman qətnamənin qəbulunu 133 dövlət dəstəkləyib. BMT-də çalışan diplomatlar dünən keçirilən səsvermədə qətnamənin lehinə səs verən ölkələrin sayının azalmasını Suriyada hökumət qoşunlarına qarşı döyüşən silahlıların sayının artmasından doğan narahatlıqla əsaslandırırlar.

Qətnamədə Suriyada insan hüquqlarının və humanitar hüquqların pozulması, Suriya hakimiyyətinin qonşu dövlətlərin ərazisini atəşə tutmaqda ağır silahlardan istifadə etməsi pislənir. BMT münaqişənin nizamlanması üçün keçid strukturu formalaşdırmağı, prezident və hökumətin funksiyalarını bu struktura verməyi, yeni Konstitusiya qəbulu və yeni seçkilərin keçirilməsini təklif edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR