Neft yenidən bahalaşıb

Neft yenidən bahalaşıb
# 10 mart 2014 07:30 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Martın 8-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair aprel müqaviləsinin dəyəri 1,02 dollar və ya 1,0% artaraq 1 barelə görə 102,58 dollar təşkil edib.

«APA-Economics»in məlumatına görə, martın 8-də ICE London qitələrarası birjasında apreldə ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 0,90 dollar və ya 0,8% artaraq 109,00 dollar olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR