Bakıda Ümumdünya Turizm gününə həsr olunmuş konfrans keçirilib - FOTO

Bakıda Ümumdünya Turizm gününə həsr olunmuş konfrans keçirilib - <span style="color: red;">FOTO
# 27 sentyabr 2013 09:30 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Bu gün Bakıda Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, dövlət qurumlarının, turizm sənayesində fəaliyyət göstərən özəl sektorun nümayəndələrinin iştirakı ilə Ümumdünya Turizm gününə həsr olunmuş konfrans keçirilib.

APA-nın məlumatına görə, tədbirdə Ümumdünya Turizm Təşkilatının sədri Tale Rifainin turizm sektorunun nümayəndələrinə müraciəti səsləndirilib.

Müraciətdən sonra çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, Azərbaycanda turizmin inkişaf konsepsiyası dünya beynəlxalq təşkilatları tərəfindən qiymətləndirilir və dəstəklənir: “Azərbaycan turizm sənayesində çalışan insanları, bu sahənin inkişafı üçün fədakarlıqla çalışan şəxsləri təbrik edirəm. Onlar dövlətin turizm siyasətinə kömək etməsəydilər, biz bu uğurları qazana bilməzdik. Bu ilin altı ay ərzindəki statistika göstərir ki, turistlərin Azərbaycana səfər statistikası ötən illə müqayisədə 9,4 faiz artıb. Yəni yarım il müddətində 1 milyon 196 min nəfər turist qəbul etmişik. 2001-ci ildə isə bu rəqəm 436 min idi. Bu fakt Azərbaycanda turizmin inkişafının əyani sübutudur”.

Nazirliyin turizm şöbəsinin müdiri Aydın İsmiyev Ümumdünya Turizm Təşkilatı ilə Azərbaycan arasındakı qarşılıqlı əlaqələrdən danışıb.

Tədbirdə “Azərbaycan prezidentinin 10 illik fəaliyyəti zamanı turizmə göstərdiyi qayğı” mövzusuna həsr olunmuş “Azerbaijan review” jurnalının təqdimatı da baş tutub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR