“Parabank” aktivlərini artırıb

“Parabank” aktivlərini artırıb
# 14 may 2014 10:29 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev – APA-Economics. “Parabank”ın aktivlərinin həcmi 2014-cü ilin I rübündə 123,425 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 11,5% çoxdur.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 20,4% artaraq 93,606 mln. manat olub.

Bankın kredit portfelinin strukturunda vaxtı keçmiş kreditlərin həcmi hesabat dövrü ərzində təxminən 9,7% artaraq 12,896 mln. manata çatıb.

Bankın depozit portfeli hesabat dövrü ərzində 0,9% artaraq 67,058 mln. manata, əhalinin əmanətlərinin həcmi isə 62,701 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 2,3% azdır.

Bir il ərzində bankın məcmu kapitalı 1,7% artaraq 20,752 mln. manata çatdığı halda, nizamnamə kapitalı dəyişməz qalaraq 9 mln. 266,4 min manat təşkil edib.

Cari ilin ilk üç ayı ərzində bankın əldə etdiyi mənfəət 777,6 min manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR