Qərib Məmmədov Gəncədə vətəndaşları qəbul edib - VİDEO

Qərib Məmmədov Gəncədə vətəndaşları qəbul edib - <span style="color: red;">VİDEO
# 06 dekabr 2013 09:05 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov Gəncədə vətəndaşları qəbul edib.

APA-nın qərb bürosunun xəbərinə görə, Azərbaycan Dövlət Aqrar Universitetinin iclas zalında keçirilən qəbulda Gəncə ilə yanaşı, Göygöl, Samux, Goranboy, Daşkəsən, Kəlbəcər və Naftalan şəhərlərinin sakinlərinin şikayət və təklifləri dinlənilib.

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin şöbə və struktur rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda qərb bölgəsindən olan 40-a yaxın vətəndaşın müraciətinə baxılıb. Qaldırılan məsələlər qeydiyyata alınıb və Komitənin müvafiq məktubları ilə aidiyyəti qurumlara ünvanlanıb.

Gəncə şəhərinin bir qrup sakini onlara bələdiyyə vasitəsilə torpaq sahələrinin ayrılmasında müəyyən problemlərin olduğunu bildiriblər. Qərib Məmmədov deyib ki, Gəncə şəhərinin inzibati ərazisi Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Göygöl, Samux, Goranboy və Daşkəsən rayonlarının ərazisi hesabına qismən genişlənib: “Həmin ərazilər də nəzərə alınmaqla Gəncə şəhərinin Nizami, Kəpəz və Hacıkənd bələdiyyələrinin xəritələrinin hazırlanması başa çatdırılıb. Bununla da vətəndaşlara bələdiyyələr tərəfindən fərdi yaşayış evi, həyətyanı, bağ sahələri və sahibkarlıq məqsədi ilə torpaq sahəsinin ayrılmasına problem yaradan hallar Komitə tərəfindən qısa müddətdə aradan qaldırılıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR