Nazim İbrahimov: “Azərbaycan yaxın dövrdə beynəlxalq səviyyədə siyasi oyunçu kimi fəaliyyət göstərəcək”

Nazim İbrahimov: “Azərbaycan yaxın dövrdə beynəlxalq səviyyədə siyasi oyunçu kimi fəaliyyət göstərəcək”
# 17 mart 2014 09:27 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov Beynəlxalq təşkilatlarda işləyən azərbaycanlıların I toplantısında çıxışı zamanı deyib. O bildirib ki, bu fəaliyyət zamanı xaricdə, beynəlxalq təşkilatlarda fəaliyyət göstərən azərbaycanlılara ehtiyac olacaq: “Sizin bir azərbaycanlı olaraq varlığınız əhatənizdə olan insanların Azərbaycan haqqında olan fikirlərini tamamilə korrektə edəcək. Sizin varlığınız Azərbaycanın təbliği, beynəlxalq təşkilatlarda çalışmağınız Azərbaycan həqiqətlərinin müəyyən mənada beynəlxalq ictimaiyyətə çatdırılması deməkdir. Hesab edirəm ki, siz gələcəkdə həmin təşkilatlarda azərbaycanlıların sayının artmasına yardımçı ola bilərsiniz”.

N. İbrahimov əlavə edib ki, dünyanın bir çox ölkəsində həmin ölkələrin siyasətinə təsir edə bilən, ümumiyyətlə, dünya siyasətinin formalaşmasında iştirak edən transmilli kampaniyalarda azərbaycanlılar mühüm yer tuturlar: “Onların da gələcəkdə bu prosesə cəlb olunması Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında böyük rol oynayacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR