Bakıda Azərbaycan və Kolumbiya XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib - FOTOSESSİYA

Bakıda Azərbaycan və Kolumbiya XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 08 iyul 2013 16:35 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva - APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Kolumbiyanın xarici işlər naziri Maria Anxela Olqin Kueyarı qəbul edib.

APA-nın xəbərinə görə, iki ölkənin XİN-ləri arasında keçirilmiş məsləhətləşmələrin yekunları barədə jurnalistlərə məlumat verən E.Məmmədyarov bildirib ki, ikitərəfli əməkdaşlıq, regiondakı vəziyyət barədə müzakirələr aparılıb, kolumbiyalı nazirə Dağlıq Qarabağ nizamlaması barədə məlumat verilib. Nazir iki ölkə arasında siyasi məsləhətləşmələrin davam edəcəyini vurğulayıb.

Öz növbəsində Kolumbiya XİN-in rəhbəri Azərbaycanla bütün sahələrdə, o cümlədən energetika sahəsində əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduqlarını vurğulayıb: “Meksika, Peru, Kolumbiya və Çili GUAM ölkələri ilə iqtisadi sahədə əməkdaşlıq etmək niyyətindədir”.

Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ötən il Kolumbiyaya səfər edib. Səfər çərçivəsində iki ölkə arasında siyasi məsləhətləşmələrin keçirilməsi qərara alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR