Gürcüstanda yaşayan 12 yaşlı əlil azərbaycanlı Riqada “Qran-Pri” mükafatına layiq görülüb - FOTO

Gürcüstanda yaşayan 12 yaşlı əlil azərbaycanlı Riqada “Qran-Pri” mükafatına layiq görülüb - <span style="color: red;">FOTO
# 13 dekabr 2013 13:46 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə - APA. Gürcüstanda yaşayan gözdən əlil azərbaycanlı musiqiçi, 12 yaşlı Şaban Məmmədov Riqada keçirilən beynəlxalq mahnı müsabiqəsində “Qran-Pri” mükafatına layiq görülüb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bununla bağlı Marneulidə keçirilən görüşü Marneuli Mədəniyyət Evinin direktoru Leri Mumladze açaraq 12 yaşlı Şaban Məmmədovu mükafata layiq görülməsi münasibəti ilə təbrik edib.

Tədbirdə Marneuli rayon bələdiyyəsinin sədri İsfəndiyar Kərimov çıxış edərək ARDNŞ-in Gürcüstan nümayəndəliyinin rəhbərliyinə Şaban Məmmədovun Riqaya getməsinə maliyyə yardımı etdiyinə görə təşəkkürünü bildirib.

Daha sonra Şaban Məmmədovun konserti olub.

Şaban Məmmədov APA-ya açıqlamasında avqust ayında Gürcüstanda keçirilən “Qızıl üzük” müsabiqəsindən sonra Riqada təşkil olunan mahnı müsabiqəsinə dəvətnamə aldığını bildirib: “Mən dekabrın 9-10-da “Riqa simfoniyası” adlı mahnı müsabiqəsində iştirak etdim. Bu müsabiqədə 5 nominasiya uğrunda müsabiqə təşkil edilmişdi. Tədbirdə üç müsabiqəyə qatıldım. Oxuduğum ilk mahnı hamı üçün yazılan “Dünya” mahnısı oldu. Sonra gürcü dilində “Güvən mənə” və Latviya bəstəkarı tərəfindən yazılan üçüncü mahnını oxudum. Müsabiqədə 3 nominasiya üzrə mükafat aldım. Mənə yazılan gürcü mahnısını ifa etdiyimə görə “Qran-Pri” nominasiyasına layiq görüldüm. “Dünya” mahnısına görə bürünc medalı aldım, Latviya bəstəkarının mahnısına görə isə birinci yerə çıxaraq qızıl medala layiq görüldüm”.

Qeyd edək ki, Şaban Məmmədov Tiflis şəhərindəki 202 məktəbin 6-cı sinfində oxuyur, gürcü, Azərbaycan, ingilis, türk və rus dillərini mükəmməl bilir və bir neçə musiqi alətində ifa edə bilir.

Görüşdə onun ailə üzvləri, rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri və jurnalistlər iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR