“Yuventus” və “Barselona”nın sabiq futbolçusu Bakıya gələcək

“Yuventus” və “Barselona”nın sabiq futbolçusu Bakıya gələcək
# 15 may 2014 09:13 (UTC +04:00)

Bakı – APA. Mayın 19-da Bakıda keçiriləcək Beynəlxalq Futbol Könüllülüyü Forumunun qonaqlarından biri məlum olub. Apasport.az saytının məlumatına görə, tədbirin təşkilatçısı olan AFFA məşhur italiyalı futbolçu Canluka Zambrottanı da ölkəmizə dəvət edib.

“Yuventus”, “Milan”, “Barselona” klublarında çıxış etmiş, İtaliya millisinin heyətində 2000-ci ildə Avropa çempionatında gümüş, 2006-cı ildə isə dünya çempionatının qızıl medalını qazanmış 37 yaşlı müdafiəçi mərasimə forumun səfiri kimi qatılacaq. Hazırda B seriyasında çıxış edən “Kiasso”da çıxış edən Zambrotta ölkəmizdə fanatları ilə də görüşəcək.

Qeyd edək ki, “Abşeron Marriott” otelin Şərq zalında keçiriləcək forum mayın 19-da, saat 10:00-da başlayacaq. Burada 8 ölkədən 9 beynəlxalq səviyyəli spiker çıxış edəcək. Spikerlərin mövzusu müxtəlif dövrlərdə keçirilmiş tədbir və layihələrdən qazanılmış təcrübələrdir. İştirakçı qismində azərbaycanlı könüllülərlə yanaşı forumda Polşa, Çin və Türkiyədən də könüllülər iştirak edəcək

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR