Bakı şəhər sakini saxta polis vəsiqəsi ilə saxlanılıb

Bakı şəhər sakini saxta polis vəsiqəsi ilə saxlanılıb
# 25 noyabr 2013 10:08 (UTC +04:00)

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Çevik Polis Alayı və Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Rəşad Cəfərlidən öz adına olan 1 ədəd Xəzər Rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün polis serjantı vəsiqəsi, 1 ədəd ÇPA-nın polis serjantı vəsiqəsi, 1 ədəd saxta sürücülük vəsiqəsi, 1 ədəd “Kenwood” markalı rabitə vasitəsi, içərisində saxta sənədlərin fotosürətləri olan flaşkart, 0,267 qram heroin və 5,24 qram marixuana götürülüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR