TQDK 17 rayonda nəzarətçi-müəllimlər üçün seminar-məşğələləri başa çatdırıb

TQDK 17 rayonda nəzarətçi-müəllimlər üçün seminar-məşğələləri başa çatdırıb
# 29 yanvar 2014 12:30 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) yanvarın 15-dən etibarən imtahanlarda nəzarətçi kimi iştirak edəcək müəllimlər üçün seminar-məşğələlər keçirib. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, artıq Abşeron, Binəqədi, Sumqayıt, Qaradağ, Tərtər, Ağdam, Gəncə, Samux, Goranboy, Cəlilabad, Lənkəran, Ordubad, Culfa, Xızı, Xaçmaz, Mingəçevir və Qəbələdə seminar-məşğələlər başa çatıb.

Fevralın 24-dək davam edəcək seminarlar TQDK-nın mərkəzi aparatının və regional bölmələrinin məsul əməkdaşları tərəfindən aparılır. Seminar-məşğələlərin məqsədi nəzarətçi–müəllimləri qəbul imtahanının texnologiyası ilə yaxından tanış etmək, imtahanları təlimata uyğun keçirməyə hazırlamaqdır. İmtahan prosedurlarının daha səmərəli izahını təmin etmək üçün seminar-məşğələlər 25-30 nəfərlik qruplarla keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR