Ermənilər işğal olunmuş Azərbaycan ərazilərində yeni su elektrik stansiyası inşa ediblər

Ermənilər işğal olunmuş Azərbaycan ərazilərində yeni su elektrik stansiyası inşa ediblər
# 13 iyul 2013 10:40 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Ermənilər işğal olunmuş Azərbaycan ərazilərində yeni su elektrik stansiyası (SES) inşa ediblər. APA-nın erməni KİV-lərinə istinadən verdiyi məlumata görə, bu günlərdə Laçın rayonu ərazisində inşa edilmiş «Syünik-4» adlı kiçik SES işə salınıb.

«Netrino» Səhmdar Cəmiyyəti tərəfindən inşa olunmuş stansiyaya Dağlıq Qarabağdakı separatçı rejim tərəfindən 15 illik lisenziya verilib.

Qeyd edək ki, bu, işğal olunmuş Azərbaycan ərazilərində ermənilərin son illərdə inşa etdikləri səkkizinci kiçik SES-dir.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR