Sağlamlıq imkanları məhdud 217 uşaq təhsilə cəlb olunub

Sağlamlıq imkanları məhdud 217 uşaq təhsilə cəlb olunub
# 23 sentyabr 2013 09:00 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Ümumtəhsil məktəblərində Psixoloji-tibbi-pedaqoji komissiyanın qərarı ilə 217 nəfər sağlamlıq imkanları məhdud uşaq təhsilə cəlb olunub.

Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, həmin uşaqlar ümumtəhsil məktəblərində oxuyurlar. Onların bir qismi ümumi orta təhsil səviyyəsində təhsil alır. Qeyd olunub ki, evdə təhsilə cəlb olunan şagirdlərə dərslər tədris planına uyğun olaraq ixtisas müəllimləri tərəfindən tədris olunmalıdır.

Həmin müəllimlər dərs bölgüsü aparılarkən məktəb Pedaqoji Şurasının qərarına əsasən müəyyən edilir. Müəllimlərin əməkhaqqı hesablanarkən ümumi qaydalarla yanaşı “Sağlamlıq imkanları məhdud olan uşaqların təhsili (xüsusi təhsili) haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq 50% əlavə ödənilir. Müəllim evə getmədən (dərs demədən) əməkhaqqı alırsa, bu hal saxtakarlıq hesab olunur. Belə hal aşkar edildiyi halda qanunvericiliyə uyğun tədbir görülməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR