Fransa səfiri: “Ermənistana MİLAN raket komplekslərinin satışına dair məlumat araşdırılır” - APA TV

Fransa səfiri: “Ermənistana MİLAN raket komplekslərinin satışına dair məlumat araşdırılır” - <span style="color: red;">APA TV
# 04 iyul 2013 08:05 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva-APA. “Fransa və Almaniya Ermənistan və Azərbaycana silah satışına dair ATƏT-in tətbiq etdiyi embarqoya riayət edir”. Fransanın Azərbaycandakı səfiri Paskal Monye Ermənistan KİV-də bu ölkənin Fransa- və Almaniya istehsalı olan MİLAN tank əleyhinə raketlər alması barədə xəbərləri APA-ya belə şərh edib.

“Məndə bu satışla bağlı məlumat yoxdur. Lakin bunun gerçək olması ehtimalı azdır, çünki hərbi texnikanın ixracı bu sanksiyalarla ziddiyyət təşkil edir. Fransa bu məlumatın həqiqətə uyğun olub-olmadığını araşdırır”.

Xatırladaq ki, Ermənistanın “Razm.info” hərbi saytı MİLAN tank əleyhinə idarəolunan raket kompleksinin fotolarını dərc edib. Bu raket komplekslərinin hansı ölkədən və hansı miqdarda alındığı açıqlanmır. 1962-ci ildən Fransa və Almaniyanın birgə istehsal etdiyi bu raket komplekslərinin hədəfi vurma məsafəsi 75-2000 metrdir.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR