AMEA İqtisadiyyat İnstitutu vakant vəzifələrin tutulması üzrə müsabiqə elan edib

AMEA İqtisadiyyat İnstitutu vakant vəzifələrin tutulması üzrə müsabiqə elan edib
# 31 mart 2014 10:58 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İqtisadiyyat İnstitutu vakant vəzifələrin tutulması üzrə müsabiqə elan edib. AMEA-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, institutda “İqtisadi nəzəriyyə və iqtisadi fikir tarixi”, “Makroiqtisadi inkişaf və iqtisadi artım”, “Sənaye siyasəti və investisiya problemləri”, “Xidmət sahələrinin inkişaf problemləri”, “Demokratiya və iş qüvvəsinin təkrar istehsalı problemləri”, “Sahibkarlıq və inhisarçılığın tənzimlənməsi problemləri”, “Qloballaşma və beynəlxalq iqtisadi münasibətlər”, “Həyat səviyyəsinin sosial – iqtisadi problemləri”, “Regional inkişaf və təbii sərvətlərdən istifadə problemləri”, “Maliyyə, pul-kredit siyasəti”, “İnnovasiya menecmenti və elmin inkişafı problemləri” şöbələri üzrə 29 vəzifə üzrə vakant yer var.

Müsabiqədə elmlər doktorları və fəlsəfə doktorları iştirak edə bilərlər. Sənədlər müsabiqənin tələblərinə uyğun olaraq, elan dərc edilən gündən etibarən bir ay müddətində lazımi ünvana (Bakı-1143, H.Cavid pr-ti, 31, e-mail: [email protected]) göndərilməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR