Azərbaycanda zavoddan 600 min manat dəyərində əlvan metal oğurlayan mühafizəçilər həbs edilib

Azərbaycanda zavoddan 600 min manat dəyərində əlvan metal oğurlayan mühafizəçilər həbs edilib
# 21 may 2013 14:58 (UTC +04:00)

APA-nın məlumatına görə, Sumqayıtda fəaliyyət göstərən “Azərboru” Açıq Səhmdar Cəmiyyətindən (ASC) 600 min manat dəyərində əlvan metal oğurlayan şəxslər həbs edilib.

Araşdırmalar zamanı məlum olub ki, “Azərboru” ASC-də mühafizəçi işləyənlər, 1983-cü il təvəllüdlü Elşad Carulla oğlu Mustafayev və 1988-ci il təvəllüdlü Pərviz Nadir oğlu Kərimov biri 25 kiloqram olan 52 ədəd mis kontaktları oğurlayıblar.

Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində E. Mustafayev və P. Kərimov bu gün tutularaq istintaqa təhvil verilib.

“Azərboru” ASC-nin iddiasına görə, adıçəkilən şəxslər zavoda 600 min manat ziyan vurublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR