Suriya xarici işlər nazirinin müavini: “İranı ən böyük himayəçimiz olaraq qəbul edirik”

Suriya xarici işlər nazirinin müavini: “İranı ən böyük himayəçimiz olaraq qəbul edirik”
# 30 iyul 2013 09:41 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. “Suriya hökuməti və xalqı heç vaxt İranın yardımlarını unutmayacaq”. APA-nın İRNA-ya istinadən məlumatına görə, bunu Suriya xarici işlər nazirinin müavini Faysal Miqdad bildirib. Onun sözlərinə görə, bu gün İran və Suriya dövlətləri və xalqları arasında yaxşı əlaqələr mövcuddur: “Suriya xalqı İranı müxalif silahlı qruplar və xarici düşmənlər qarşısında öz ən böyük himayəçisi olaraq qəbul edir. Ona görə də İranla strateji əlaqə içərisində olmağı öz təməl siyasəti sayır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR