Təhsil Nazirliyi yeni məktəb binalarının tikintisi və ya təmiri ilə bağlı yeni qaydalar hazırlayır

Təhsil Nazirliyi yeni məktəb binalarının tikintisi və ya təmiri ilə bağlı yeni qaydalar hazırlayır
# 14 oktyabr 2013 15:01 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Təhsil Nazirliyində yeni məktəb binalarının tikintisi və ya təmiri işində mövcud vəziyyətin düzgün qiymətləndirilməsi üçün müvafiq işlər aparılır.

Bu barədə APA-ya Təhsil Nazirliyindən bildirilib. Məlumata görə, yeni məktəb binalarının tikintisi və ya təmiri işində mövcud vəziyyətin düzgün qiymətləndirilməsi üçün bu sahədə əsas ola bilən tələblər (meyarlar) və onların müəyyənləşdirilməsi qaydaları hazırlanır.

Təhsildə dövlət ehtiyacı olan yerlərin müəyyən edilməsi məsələsinə gəlincə, nazirlikdən bildirilib ki, respublikanın ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrinin ayrı-ayrı ixtisaslarına tələbə qəbulu üzrə planının layihəsi İqtisadi İnkişaf Nazirliyi tərəfindən hazırlanan və Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq olunan 5 illik proqnoz rəqəmlərinə uyğun olaraq ali təhsil müəssisələrinin təklifləri əsasında tərtib edilir. Tələbə qəbulu üzrə plan layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən təsdiq olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR