EBRD: Gələn il Azərbaycan iqtisadiyyatı 4% artacaq

EBRD: Gələn il Azərbaycan iqtisadiyyatı 4% artacaq
# 13 may 2013 10:13 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Bu il Azərbaycanda ÜDM-in artım tempinin 3,5% təşkil edəcəyi gözlənilir. «APA-Economics»in məlumatına görə, bu barədə Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) dərc etdiyi yenilənmiş hesabatında bildirilir.

Hesabatdakı proqnoza əsasən, 2014-cü ildə Azərbaycan iqtisadiyyatının 4% artacağı gözlənilir.

İnflyasiyaya gəldikdə isə, EBRD ekspertləri 2013-cü ildə Azərbaycanda inflyasiyanın 3,4% olacağını proqnozlaşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR