Gəncədə evdə köməksiz vəziyyətdə qalmış 70 yaşlı kişi xilas edilib

Gəncədə evdə köməksiz vəziyyətdə qalmış 70 yaşlı kişi xilas edilib
# 07 sentyabr 2013 03:45 (UTC +04:00)

Bakı-APA. Gəncə şəhərində giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində 1943-cü il təvəllüdlü kişi mənzildə köməksiz vəziyyətdə qalıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, nazirliyin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə qonşu mənzilin eyvanından keçərək daxil olmuş və qapını açıb.

Mənzilə baxış keçirilərkən xəstə vəziyyətdə aşkarlanmış vətəndaş hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR