Əli Əsgər Sultaniyə: “İranla AEBA arasında müzakirələr davam etdiriləcək”

Əli Əsgər Sultaniyə: “İranla AEBA arasında müzakirələr davam etdiriləcək”
# 16 may 2013 01:01 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. “İranla Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) arasında müzakirələr davam etdiriləcək”. APA-nın məlumatına görə, bunu İranın AEBA-dakı daimi nümayəndəsi Əli Əsgər Sultaniyə bildirib. Onun sözlərinə görə, görüşdə hər iki tərəf də öz təkliflərini irəli sürüb: “Biz qərara aldıq ki, hər iki tərəf də irəli sürülən təkliflər üzərində diqqətlə işləsin. Növbəti görüş nəticə verməlidir. Növbəti görüşədək çalışmalarımızın hədəfi mövcud olan fikri ayrılıqları aradan qaldırmaq və çərçivə sazişi üzərində aparılan işləri yekunlaşdırmaqdır”.

Qeyd edək ki, mayın 15-də Vyanada İranın Avstriyadakı səfirliyində İranla AEBA arasında onuncu nüvə müzakirələri keçirilib. Görüşdə İran nümayəndə heyətinə İranın AEBA-dakı daimi nümayəndəsi Əli Əsgər Sultaniyə, qarşı tərəfə isə agentliyin icraçı direktorunun müavini Herman Nakaerts rəhbərlik edib. Ancaq İranla AEBA arasında keçirilmiş 8.5 saatlıq müzakirələr növbəti dəfə nəticəsiz başa çatıb. Tərəflər fikir ayrılığını aradan qaldırmağa nail ola bilməyiblər. Növbəti görüşün vaxtının təyin edilmədiyi bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR