Polis Taksim meydanına daxil olub - FOTO

Polis Taksim meydanına daxil olub - <span style="color: red;">FOTO
# 11 iyun 2013 08:42 (UTC +04:00)

APA-nın xəbərinə görə, İstanbul valisi Hüseyn Avni Mutlu polisin meydanı qeyri-leqal qrupların bayraqları və plakatlarından təmizləmək üçün Taksimə daxil olduğunu və Gəzinti Parkında toplaşanlara toxunmayacağını bəyan edib.

Meydanda və meydan ətrafında polisə müqavimət göstərən qruplara polis qaz bombaları atıb və su püskürdən maşınlarla onları dağıdıb. Taksimdəki Atatürk Mədəniyyət Mərkəzi və Atatürk heykəli polis tərəfindən təmizlənib və üzərilərinə Türkiyə bayrağı asılıb. Gəzinti Parkındakı aksiya isə davam edir. Polislər parka toplaşanlara müdaxilə edilməyəcəyini meqafonlarla elan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR