Gəncədə mənzildə köməksiz vəziyyətdə qalmış azyaşlılar xilas edilib

Gəncədə mənzildə köməksiz vəziyyətdə qalmış azyaşlılar xilas edilib
# 23 noyabr 2013 03:17 (UTC +04:00)

Bakı-APA. Gəncənin Kəpəz rayonunda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində iki azyaşlı mənzildə köməksiz vəziyyətdə qalıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə, xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən mənzilin giriş qapısını açaraq içəri daxil olub. Mənzilə baxış keçirilərkən nəzarətsiz şəkildə aşkarlanmış azyaşlılar aidiyyəti üzrə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR