Borçalıda aşıq Hüseyn Saraclının anım tədbiri keçirilib - FOTO

Borçalıda aşıq Hüseyn Saraclının anım tədbiri keçirilib - <span style="color: red;">FOTO
# 13 aprel 2014 01:36 (UTC +04:00)

Bolnisi. Nizami Məmmədzadə-APA. Borçalının Saraclı kəndində məşhur ustad aşıq Hüseyn Saraclının hər il keçirilən 27-ci ənənəvi anım tədbiri keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbir başlamamışdan əvvəl qonaqlar və kənd sakinləri aşıq H. Saraclının qəbrini ziyarət ediblər. Sonra kəndin mərkəzində davam edən anım tədbirini Gürcüstan Aşıqlar Birliyinin sədri Osman Əhmədoğlu açaraq aşığın həyatı, keçdiyi ömür yolu və aşıq yaradıcılığı barədə ətraflı məlumat verib”.

Tədbirdə ustad aşıq Hüseyn Saraclının 100 illiyinə hazırlıq tədbirləri barədə də məlumat verilib, məktəblilər şerlər söyləyib, ziyalılar, qələm sahibləri ustad sənətkarla bağlı xatirələrini danışıblar.

Sonda Borçalı aşıqları müxtəlif aşıq mahnıları ifa ediblər. Tədbirdə Bakıdan, Bolnisi, Dmanisi, Marneuli və Qardabani rayonlarından gələn ziyalılar, aşıqsevərlər, şairlər və jurnalistlər iştirak edib.

Tədbirin sonunda ustaq aşığın oğlu Əli Hüseynoğlu anım tədbirinə gələn qonaqlara və sakinlərə təşəkkürünü bildirib.

Qeyd edək ki, aşıq Hüseyn Saraclı 1987-ci ildə Saraclı kəndində vəfat edib.

Gürcüstan Aşıqlar Birliyinin sədri Osman Əhmədoğlu APA-ya açıqlamasında bu il aşığın 98 yaşı tamam olduğunu və birliyin qərarı ilə iki ildən sonra onun 100 illik yubileyinin keçiriləcəyini bildirib: “Biz bu yubileyə ciddi hazırlıq görəcəyik. Aşıq H. Saraclı bir neçə dastan və iki aşıq havası müəllifi, Azərbaycan aşıqlarının II və III qurultaylarının,1959-cu ildə Moskvada keçirilən Azərbaycan incəsənəti ongünlüyünün fəal iştirakçısı olub. O, həm də Gürcüstanın əməkdar mədəniyyət xadimi adına layiq görülüb. Doğma kəndində onun büstü qoyulub”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR