Polis Şöbəsi prezidentliyə namizəd Cəmil Həsənlinin Sabirabadda seçicilərlə görüşündə baş verən insidentə münasibət bildirib

Polis Şöbəsi prezidentliyə namizəd Cəmil Həsənlinin Sabirabadda seçicilərlə görüşündə baş verən insidentə münasibət bildirib
# 04 oktyabr 2013 12:19 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Sabirabad rayon Polis Şöbəsi (RPŞ) Mili Şuranın namizədi Cəmil Həsənlinin seçicilərlə görüşündə baş verən insidentə münasibət bildirib.

RPŞ-dən APA-ya verilən məlumata görə, Milli Şuranın bu gün Sabirabadda keçirdiyi təbliğat-təşviqat mitinqində Bakıdan gələn qonaqlarla birlikdə 150 nəfər şəxs iştirak edib. Şöbədən bildirilib ki, mitinq cəmi 27 dəqiqə çəkib və Milli Şuranın namizədi mitinq iştirakçılarının suallarına cavab verə bilmədikləri üçün ərazidən uzaqlaşıblar.

Qeyd olunub ki, mitinqin keçirildiyi şəhər stadionunda polis tam təhlükəsizliyi təmin edib və mitinq zamanı hər hansı insidentin yaranmasına imkan verilməyib.

Qeyd edək ki, kütləvi informasiya vasitələrində bu gün Milli Şuranın Sabirabadda keçirdiyi təbliğat-təşviqat mitinqində bir qrup şəxslə mitinq iştirakçıları arasında insidentin yarandığı barədə məlumatlar yayılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR