Paytaxtda liftdə qalmış 3 nəfər xilas edilib

Paytaxtda liftdə qalmış 3 nəfər xilas edilib
# 27 dekabr 2013 01:52 (UTC +04:00)

Bakı-APA. Bakının Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının liftində 3 nəfər köməksiz vəziyyətdə qalıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, lift texniki nasazlıq səbəbindən 1-ci mərtəbədə dayanıb. Xilasedicilər liftin qapılarını açmış, vətəndaşların liftdən çıxmasına şərait yaradıb. Əməliyyat saat 03:29-da başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR