«Total E&P Azerbaijan»: «Abşeron» yatağında ilk qaz 2020-ci ildə hasil olunacaq

«Total E&P Azerbaijan»: «Abşeron» yatağında ilk qaz 2020-ci ildə hasil olunacaq
# 12 noyabr 2013 09:13 (UTC +04:00)

«APA-Economics»in xəbər verdiyi kimi, bunu Bakıda keçirilən «Azərbaycan və Xəzər dənizi neft və qaz həftəsi - 2013» adlı beynəlxalq konfransda şirkətin baş meneceri Kristian Jüdiselli bildirib.


K.Jüdiselli qeyd edib ki, şirkət tez bir zamanda hasilata başlamaq niyyətindədir: «Bu məqsədə tez bir zamanda çatmaq üçün indi yataqla bağlı böyük araşdırma işləri aparılır. Hazırda «Abşeron» yatağının işlənməsinin kommersiya tərəfləri öyrənilir. Quyunun inkişaf proqramı Azərbaycan Dövlət Neft Şirkətinə (ARDNŞ) veriləcək. Bundan sonra isə kəşfiyyat işlərinə başlanılması mümkün olacaq».


Şirkətin meneceri deyib ki, şirkət artıq 2017-ci ildə inşaat müqaviləsini imzalamağı planlaşdırır: «Birinci qiymətləndirmə quyusunun işə başlaması da 2017-ci ilə nəzərdə tutulub. Quyudan birinci qaz 2020-ci ilin sonunda əldə olunacaq. İlkin mərhələdə hədəfimiz illik hasilatın 3-5 mlrd. kubmetr olmasıdır. Ehtimal edilir ki, «Abşeron» yatağından hasil olunan qaz Gürcüstana da yönəldiləcək».


Qeyd edək ki, «Total E&P Azerbaijan» şirkətinin bu layihədəki tərəfdaşları qisimində ARDNŞ və «GDF SUEZ» şirkəti çıxış edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR