Azərbaycanda əsgər özünü güllələyib

Azərbaycanda əsgər özünü güllələyib
# 28 iyun 2013 08:10 (UTC +04:00)

APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin Şəmkir Hərbi Birləşməsinin “N” saylı hərbi hissəsində qeydə alınıb. Həmin hərbi hissənin əsgəri, 19 yaşlı Sünnət Kübar oğlu Dədəyev tabeliyindəki avtomat silahdan ehtiyatsızlıqdan açılan atəş nəticəsində ayağından yaralanıb. Yaralı əsgər hospitala yerləşdirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər. Əsgərin xəsarətinin yüngül olduğu bildirilib.

Qeyd edək ki, S. Dədəyev Saatlı rayonundan həqiqi hərbi xidmətə çağırılıb.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR