Azərbaycan paytaxtında Ombudsmanların XI Bakı Beynəlxalq Konfransı keçirilir - YENİLƏNİB - FOTOSESSİYA - APA TV

Azərbaycan paytaxtında Ombudsmanların XI Bakı Beynəlxalq Konfransı keçirilir - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">APA TV
# 18 iyun 2013 08:10 (UTC +04:00)

APA-nın xəbərinə görə, UNESCO-nun dəstəyi ilə təşkil olunan beynəlxalq konfransda Avropa, Asiya və Amerikanın 10-dan artıq ölkəsindən 20-dən çox Ombudsman və onların nümayəndələri, o cümlədən Kanada, Türkiyə, Niderland, Bolqarıstan, Pakistan, Rusiya və subyektlərinin, habelə Moldova, Gürcüstan, Estoniya və digər ölkələrin təmsilçiləri, insan hüquqları sahəsində beynəlxalq ekspertlər, nüfuzlu beynəlxalq təşkilatların təmsilçiləri, tanınmış hüquqşünas alimlər iştirak edirlər. İyunun 20-dək davam edəcək konfransda 18 may-18 iyun tarixlərində respublikada keçirilmiş ənənəvi "İnsan hüquqları" aylığının nəticələrinə yekun vurulacaq.

Konfransında açılışında çıxış edən Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova bildirib ki, Azərbaycanda 18 iyun tarixi Milli İnsan Hüquqları Günü kimi qeyd olunur. Onun sözlərinə görə, bu günədək Ombudsmanların Bakıda təşkil olunmuş 10 beynəlxalq konfransında 40-dan çox ölkənin ombudsmanları və əməkdaşları iştirak ediblər.

Ombudsman qeyd edib ki, Azərbaycanda insan hüquqları sahəsində 3 strateji sənəd həyata keçirilməkdədir: “Bizim məqsədimiz Azərbaycanın təcrübəsini tanıtdıraraq beynəlxalq hüququn ölkəmizdə tətbiq olunması səviyyəsini daha da təkmilləşdirməyə nail olmaqdır. Biz Azərbaycan təcrübəsini dünyaya hərtərəfli tanıtmaq əzmindəyik”.

E. Süleymanova qeyd edib ki, 20-22 iyun 2012-ci ildə BMT-nin iclasında davamlı inkişaf üzrə qəbul olunan “Bizim istədiyimiz gələcək” adlı yekun sənədin məqsədi 2015-ci ildən sonrakı dövrün yeni inkişafını hazırlamaq və davamlı inkişafa nail olmaqdır. Son illər dünya əhalisinin sayının artdığını deyən ombudsman qeyd edib ki, yalnız bir əsr ərzində dünyada əhalinin sayı 1 milyarddan 7 milyarda çatıb. Azərbaycanda əhalinin sayı 9 milyon yarıma yaxındır: “Lakin Azərbaycan 25 ildən artıqdır ki, erməni təcavüzünə məruz qalmasına baxmayaraq, ölkəmiz silsilə təbii fəlakətlərin nəticələrini dəf etməklə dünyanın inkişaf etməkdə olan ölkələri sırasındadır. Bu da ölkədə aparılan qabaqcıl siyasətin nəticəsidir”.

Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov tədbirdə çıxışı zamanı Azərbaycanda insan hüquqlarının qorunması sahəsində mühüm işlərin görüldüyünü deyib. O gələcəkdə belə tədbirlərin ölkənin regionlarında da təşkil olunmasını təklif edib: “Belə olduğu halda xarici qonaqlar Azərbaycanın regionları da yaxından tanış olar, onların inkişafını öz gözləri ilə görərlər. Bu gün regionların inkişafı paytaxt Bakıdan geri qalmır, onların hər birində tədbirlərin təşkili üçün lazımi şəraitlər yaradılıb”.

Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin sektor müdiri, İnsan Hüquqları üzrə Avropa Məhkəməsində Azərbaycanın səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov isə bildirib ki, müstəqil Azərbaycan dövlətçiliyinin banisi olan Heydər Əliyev qanunun aliliyi, insan hüquqları və demokratiyanın ölkəmizdə həyata keçirən dövlət quruculuğu proseslərinin təməl prinsipləri olaraq müəyyənləşdirib. Onun sözlərinə görə, Ombudsman institutunun yaradılması insan hüquqlarının məhkəmə sistemindən kənarda qorunmasına böyük təkan verib. Ç. Əsgərov qeyd edib ki, ölkədə insan hüquq və azadlıqlarının qorunması dünya və Avropa standartlarına cavab verir.

Tədbirdə Azərbaycanda insan hüquq və azadlıqlarına dair müxtəlif məruzələr dinlənilib.

Qeyd edək ki, Ombudsmanların XI Bakı Beynəlxalq Konfransı iyunun 20-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR