Əli Əkbər Salehi: “ABŞ İrana qarşı birtərəfli siyasətinə yenidən baxmalıdır”

Əli Əkbər Salehi: “ABŞ İrana qarşı birtərəfli siyasətinə yenidən baxmalıdır”
# 09 iyul 2013 11:07 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. “ABŞ-ın İrana qarşı birtərəfli və düşməncə siyasətlərini nəzərdən keçirməsinin zamanı gəlib”. APA-nn “Fars” xəbər agentliyinə bunu İranın xarici işlər naziri Əli Əkbər Salehi bildirib. Onun sözlərinə görə, ABŞ rəsmiləri keçmiş siyasətlərindən ibrət götürərək İran xalqına qarşı dözümlülük nümayiş etdirməli və hörmət göstərməlidir: “ABŞ-ın İrana qarşı sanksiyaları məntiqsiz xarici mövqeyinin və keçmiş siyasətinin bir davamıdır. Ancaq rəsmi Vaşinqton 34 ildir İrana qarşı sanksiya tətbiq etməsinə baxmayaraq indiyədək uğur əldə edə bilməyib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR