Bakıda baş verən yanğında ata və azyaşlı oğlu xəsarət alıb

Bakıda baş verən yanğında ata və azyaşlı oğlu xəsarət alıb
# 13 may 2013 11:33 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda yanğın hadisəsi baş verib. Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə mayın 11-də saat 20.30 radələrində M. Ə. Rəsulzadə qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini Mübariz Əliyevə məxsus evdə, 8 kvadratmetr sahədə yanğın baş verib. Nəticədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb, M. Əliyev və oğlu, azyaşlı Nihad yanıq xəsarəti isə xəstəxanaya yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR