Dövlət Komitəsi: “51 saylı Balakən Yol İstismarı” MMC-də qanun pozuntuları aşkar edilib

Dövlət Komitəsi: “51 saylı Balakən Yol İstismarı” MMC-də qanun pozuntuları aşkar edilib
# 22 aprel 2014 14:05 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi “51 saylı Balakən Yol İstismarı” MMC-də qanun pozuntuları aşkar edilib.

Qurumdan “APA-Economics”ə verilən məlumata görə, komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Şəki Ərazi İdarəsi tərəfindən Balakən şəhəri, 28 may küçəsi 12 ünvanında yerləşən və Balakən rayonu ərazisində avtomobil yollarının cari təmiri üzrə fəaliyyət göstərən “51 saylı Balakən Yol İstismarı” MMC-də dövlət nəzarəti tədbirləri həyata keçirilib.

Araşdırmalar zamanı müəssisənin üç ədəd sürət sayğacı və iki ədəd motosaat olmaqla ümumilikdə beş ədəd ölçmə vasitəsinin müqayisəli dövlət yoxlamasından keçirilmədən istifadə olunduğu aşkar edilib ki, bu da “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Qanunun 12.1. maddəsinə ziddir. Bundan başqa, müəssisədə 2014-cü il üçün ölçmə vasitələrinin yoxlanış müqavilə cədvəlinin tərtib olunmadığı da aşkar edilib.

Qeyd olunan nöqsanlarla bağlı müəssisə rəhbərinə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq protokol tərtib edilib və məhdudlaşdırıcı tədbirlərin tətbiqi barəsində qərar qəbul edilib.

Yoxlamalar davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR