Gəncədə iki nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib - FOTO - VİDEO

Gəncədə iki nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 25 aprel 2014 17:30 (UTC +04:00)

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Heydər Əliyev prospekti, 32 ünvanında baş verib.

Gəncə şəhər sakini, 23 yaşlı Adil Əliyevin idarə etdiyi “Mercedes” markalı avtomobillə hələ ki, sürücünün kimliyi məlum olmayan “Toyota Prado” markalı avtomobil toqquşub. Zərbənin gücündən “Mersedes” deformasiyaya uğrayıb. Yaxınlıqda olan şəxslərin köməkliyi ilə avtomobildə xəsarət alan iki nəfər çıxarılıb. Onlar sürücü və sərnişin Qəmbər Cabbarlıdır.

Yaralılar dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onların vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR