İranla Fransa, Rusiya və Almaniya arasında ikitərəfli nüvə müzakirələri keçiriləcək

İranla Fransa, Rusiya və Almaniya arasında ikitərəfli nüvə müzakirələri keçiriləcək
# 10 iyun 2014 08:27 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Sabah Cenevrədə İranla Fransa arasında ikitərəfli nüvə müzakirələri keçiriləcək. APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu İran xarici işlər nazirinin beynəlxalq və hüquqi məsələlər üzrə müavini, baş nüvə müzakirəçisi Seyid Abbas Əraqçı bildirib. Onun sözlərinə görə, Fransanın “altılıq”da təmsil edən Jak Adebayoru Nikolas Durpuyor əvəzləyib. A.Əraqçı həmçinin iyunun 12-də Romada Rusiya, iyunun 15-də isə Tehranda İranla Almaniya arasında ikitərəfli nüvə müzakirələrinin keçiriləcəyini deyib.

Qeyd edək ki, hazırda Cenevrədə İran və ABŞ nümayəndə heyətləri arasında nüvə müzakirələri keçirilir. İranla “altılıq” ölkələri arasında növbəti nüvə müzakirələri yekun nüvə razılaşmasının mətninin yazılması məqsədilə iyunun 16-20-da Vyanada keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR