Bakıda 5 iyun - Ümumdünya ətraf mühit günü ilə bağlı iməcilik keçirilib

Bakıda 5 iyun - Ümumdünya ətraf mühit günü ilə bağlı iməcilik keçirilib
# 31 may 2014 14:45 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. 5 iyun - Ümumdünya ətraf mühit günü ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Zığ-Heydər Əliyev Beynəlxalq Hava Limanı magistral avtomobil yolunun ətrafında salınmış yaşıllıqlara qulluq göstərilməsi məqsədilə iməcilik keçirilib.


Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iməcilikdə Nazirliyin 400-ə yaxın əməkdaşının iştirakı ilə Zığ-Heydər Əliyev Beynəlxalq Hava Limanı magistral avtomobil yolunun 20 hektar ərazisində abadlıq işləri aparılıb və ağaclara qulluq edilib.


Qeyd edək ki, 5 iyun - Ümumdünya ətraf mühit günü ərəfəsində respublikanın rayonlarında da iməciliklər təşkil olunub, o cümlədən bir sıra yerlərdə abadlıq işləri aparılaraq ərazilər məişət tullantılarından təmizlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR