Gəncə Regional Elmi Mərkəzinin elmi işlər üzrə müdir müavini Samir Pişnamazzadə yol qəzasında ölüb - VİDEO

Gəncə Regional Elmi Mərkəzinin elmi işlər üzrə müdir müavini Samir Pişnamazzadə yol qəzasında ölüb - <span style="color: red;">VİDEO
# 21 iyun 2014 08:38 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Gəncədə piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.

Gəncə şəhər Baş Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə hadisə şəhərin İsmət Qayıbov küçəsində baş verib. Şəhər sakini 26 yaşlı Məmmədbağır Bağırov idarə etdiyi “Mercedes” markalı avtomobillə ötmə əməliyyatı yerinə yetirərkən yolu keçmək istəyən 1976-cı il təvəllüdlü Samir Pişnamazzadəni vurub.

Ağır xəsarətlər alan S. Pişnamazzadə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti ağır olduğundan paytaxt Bakıya aparılarkən Hacıqabul rayonu ərazisində dünyasını dəyişib.

S. Pişnamazzadə Gəncə Regional Elmi Mərkəzinin elmi işlər üzrə müdir müavini vəzifəsində işləyirdi.

Faktla bağlı Gəncə şəhər baş polis idarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR