Daha bir deputat AKP-dən istefa verib, Ərtoğrul Günay və Haluk Özdağın isə partiyadan çıxarılması istənilib - VİDEO

Daha bir deputat AKP-dən istefa verib, Ərtoğrul Günay və Haluk Özdağın isə partiyadan çıxarılması istənilib - <span style="color: red;">VİDEO
# 27 dekabr 2013 04:58 (UTC +04:00)
APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, İzmiri təmsil edən 2 millət vəkili - Ərtoğrul Günay, Ərdal Kalkan və Ankaradan seçilmiş Haluk Özdağ partiya sıralarından çıxarılması məsələsi qaldırılıb.

Partiyanın yazılı açıqlamasında bildirilib ki, adları çəkilən deputatlar son vaxtlar partiyanın nizamnaməsi və siyasətinə, başlıca prinsiplərinə zidd olan hərəkətlərə yol veriblər: «Hökumət və partiyanı təhqir edən yazılı və şifahi şəkildə təhqiredici bəyanatlar verdikləri üçün partiyadan çıxarılmaları ilə bağlı Mərkəzi İcra Komitəsi Mərkəzi Nəzarət-Təftiş Komitəsinə müraciət edib».

Ə. Kalkan isə artıq “Twitter” səhifəsindən AKP sıralarından istefa verdiyini açıqlayıb. Digər iki şəxslə bağlı hələlik qərar verilməyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR