1500-ə yaxın müəllim haqqında məlumatlar “Nəzarətçilərin elektron qeydiyyatı” sisteminə daxil edilib

1500-ə yaxın müəllim haqqında məlumatlar “Nəzarətçilərin elektron qeydiyyatı” sisteminə daxil edilib
# 17 dekabr 2013 10:01 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən yaradılmış “Nəzarətçilərin elektron qeydiyyatı” sisteminin formalaşdırılması işi başa çatıb.

TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, sistemdə zal nəzarətçilərinin qeydiyyatının müvafiq təhsil müəssisəsinin özü tərəfindən internet vasitəsilə aparılması nəzərdə tutulur. Bu sistem vasitəsilə ümumi təhsil müəssisəsi tərəfindən sistemə cavabdeh şəxs qismində təyin olunan əlaqələndirici məktəb üzrə zal nəzarətçiləri bazasına istifadəçi adı və şifri ilə daxil olaraq mövcud nəzarətçilər bazasında nəzarətçi-müəllimin şəxsi və digər zəruri məlumatlarını dəqiqləşdirir və yeni nəzarətçilərin qeydiyyatını aparır.

Sistemə respublikanın 2095 orta təhsil müəssisələrindən olan 14669 nəzarətçi-müəllim haqqında məlumatlar daxil edilib. Onlardan 1990 nəfəri test imtahanlarda ilk dəfə iştirak edəcək müəllimlərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR