Azərbaycanın daha 54 mütəxəssisi Almaniyada biznes menecmenti kurslarında iştirak edəcək

Azərbaycanın daha 54 mütəxəssisi Almaniyada biznes menecmenti kurslarında iştirak edəcək
# 04 dekabr 2013 13:53 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda biznesin idarə olunması sahəsində kadrların ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı çərçivəsində sahibkarların və menecerlərin 2014-cü ildə «İqtisadi kooperasiya» üzrə Almaniyada ixtisasartırma kurslarına göndərilməsi məqsədi ilə namizədlərin seçilməsi üzrə müsabiqə keçirilib.

Azərbaycanın İqtisadiyyat və Sənaye Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) layihələr üzrə rəhbəri Ronald Şults, layihələr üzrə meneceri Lyudmila Metzdorf, beynəlxalq eksperti Vladislav Belov tərəfindən keçirilmiş müsabiqədə iştirak edən 80 sahibkar və menecerlərdən 54-ü müsabiqənin qalibi elan olunub. Onlardan 41-i iqtisadi kooperasiya üzrə ingilis dilli qruplarının tərkibində, 3-ü kənd təsərrüfatı sahəsində iqtisadi kooperasiya üzrə rus dilli qrupunun tərkibində, 10-u səhiyyə sahəsində iqtisadi kooperasiya üzrə rus dilli qrupunun tərkibində Almaniyanın müxtəlif təlim və tədris müəssisələrində 2014-cü ilin mart-aprel və oktyabr-noyabr aylarında ixtisasartırma kursları keçəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR