İran xarici işlər nazirinin müavini mayın 23-də Türkiyəyə səfər edəcək

İran xarici işlər nazirinin müavini mayın 23-də Türkiyəyə səfər edəcək
# 21 may 2013 23:04 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Mayın 23-də İran xarici işlər nazirinin müavini Seyid Abbas Əraqçı Türkiyəyə səfər edəcək. APA-nın İRNA-ya istinadən məlumatına görə, səfər bir gün çəkəcək. Eyni zamanda İran Xarici İşlər Nazirliyinin sözçüsü vəzifəsini icra edən A.Əraqçı səfər çərçivəsində Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu və digər rəsmilərlə görüşəcək. Görüşlərdə iki ölkə arasındakı əlaqələr, Türkiyədə yaşayan iranlıların vəziyyəti, həmçinin regional və qlobal məsələlər əsas müzakirə mövzusu olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR