Netanyahu: "İsrail özünü sona qədər müdafiə etməyə hazırdır"

Netanyahu: "İsrail özünü sona qədər müdafiə etməyə hazırdır"
# 06 may 2024 00:50 (UTC +04:00)

İsrail tək qalsa belə özünü sona qədər müdafiə etməyə hazırdır.

APA TASS-a istinadən xəbər verir ki, bunu İsrailin Baş nazir Benyamin Netanyahu deyib.

Netanyahu xatırladıb ki, 80 il əvvəl Holokost zamanı yəhudi xalqı onları məhv etmək istəyənlərlə baş-başa qalıb.

Onun sözlərinə görə, indi oxşar vəziyyət yaranır. Baş nazir dünya liderlərinə müraciət edərək bildirib ki, beynəlxalq təzyiqlərə baxmayaraq, İsrail özünü müdafiə etməyə davam edəcək.

“İsrail tək qalmağa məcbur olarsa, qalacaq. Ancaq biz bilirik ki, biz tək deyilik, çünki dünyada bir çox insanlar bizim ədalətli işimizi dəstəkləyir”, - Netanyahu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR