Azərbaycanda plan yerlərinin sayı artırılan və azaldılan ali məktəblərin adı açıqlanıb

Azərbaycanda plan yerlərinin sayı artırılan və azaldılan ali məktəblərin adı açıqlanıb
# 12 iyul 2013 10:40 (UTC +04:00)

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədrinin müavini Namiq Babayev bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, ən böyük artım Azərbaycan Diplomatik Akademiyasındadır. Burada 2012-ci ildə qəbul planı 163 idisə, bu il 300 olub. Bununla, ali məktəbdə qəbul planı 87,50 faiz artıb.

Bundan sonra dövlət ali məktəblər arasında ən çox qəbul planı Azərbaycan Milli Konservatoriyasında (50 faiz), Mədəniyyət və İncəsənət Universitetində (27.73 faiz), Müəllimlər İnstitutunda (19.10 faiz), Bakı Dövlət Universitetində (10.74 faiz), özəl ali məktəblərdən isə Bakı Avrasiya Universitetində (57.89 faiz), Bakı Qızlar Universitetində (39.13 faiz), Bakı Asiya Universitetində (33.33 faiz) qeydə alınıb.

N. Babayev qeyd edib ki, bəzi ali təhsil müəssisələrində qəbul plan yerlərinin sayı nisbətən azaldılıb. Onun sözlərinə görə, ötən ilə nisbətən Memarlıq və İnşaat Universitetində 6.87 faiz, Milli Aviasiya Akademiyası 4.79 faiz, Azərbaycan Dillər Universitetində qəbul planında 2.03 faiz, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında 4,22 faiz azalma olub. Özəl universitetlər arasında isə plan yerlərində azalma olmayıb. Plan yerlərinin azalması ilə yanaşı, əksər ali məktəblərdə bu il artım da olub.

TQDK sədrinin müavini qeyd edib ki, ümumilikdə bu il Azərbaycanın ali məktəblərindəki qəbul planı artırılıb. Belə ki, 2012-ci ildə 34 098 plan yerindən bu il 36 537-yə qalxıb. Bu il plan yerlərində 2439 vakant yer (7,15%) artırılıb. Qruplar üzrə I qrupda 3%, II qrup üzrə 8,5%, III qrup üzrə 14%, IV qrup üzrə isə 0,38% artım qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR