® “İnfipro İnc.” şirkəti Rusiya Vençur İnvestisiya Assosiasiyasına üzv olub - FOTO

<font color=red>®</font> “İnfipro İnc.” şirkəti Rusiya Vençur İnvestisiya Assosiasiyasına üzv olub  - <span style="color: red;">FOTO
# 20 may 2013 08:56 (UTC +04:00)

Bakı - APA-Economics. Moskvada Rusiya Vençur İnvestisiya Assosiasiyasının (RVİA) ümumi illik iclası keçirilib.

APA-Economics”in xəbərinə görə, təşkilatın ali idarəetmə orqanı sayılan iclas “Prezident” hotelinin Dairəvi Zalında qapalı şəraitdə keçirilib.

İclasda 2012-ci ilin nəticələri, 2013-cü il üçün nəzərdə tutulmuş işlər, ötən ilin büdcəsi və assosiasiya qarşısında duran vəzifələr müzakirə olunub. Gündəliyin əsas məsələsi isə RVİA-ya yeni üzvlərin qəbulu olub. Əvvəlcə RVİA-ya üzv olmaq istəyənlər bu ilin mart ayında keçirilən Administrativ İclas Şurasının razılığını almalı idi. Yalnız bundan sonra onlar ümumi illik iclasda iştirak edə bilərdilər. Administrativ iclasdan keçən şirkətlərin sayı 4 olub ki, onlardan biri də Azərbaycanın ilk vençur kapital şirkəti olan “Infipro Inc.” şirkəti olub.

Azərbaycan vençur fondu böyük marağa səbəb olmaqla yanaşı, müzakirələr zamanı bir sıra suallar yaradıb. Şirkəti təmsil edən Leyla Rəhimova “Infipro”nun fəaliyyəti, nailiyyətləri, həmçinin gələcək planlar və perspektivlərlə bağlı ətraflı məlumat verib. Müzakirələr zamanı RVİA üzvləri “Infirpo Inc.” şirkətinin assosiasiyaya üzvlüyünə qəbulunu yekdilliklə məqsədəuyğun sayıblar.

Hazırda “Infipro Inc.”-la əməkdaşlıq etməkdə maraqlı olan və onun komandası ilə əlaqə saxlayan, öz fikir və layihələrini yaxın zamanda rəhbərliyə təqdim etmək üçün hazır olan Rusiya və xarici fond və təşkilatları az deyil.

Qeyd etmək lazımdır ki, RVİA beynəlxalq bazara inteqrasiya, bütün vençur dünyası ilə bağlı böyük ambisiyaların həyata keçirilməsi, həmçinin xarici təcrübənin ölkə bazarına cəlb edilməsi üçün yaxşı start meydançasıdır.

“Infipro Inc.” şirkəti RVİA-nın üzvlüyünə qəbul olunmaqla yanaşı, Assosiasiya həmçinin Türkiyədə keçirilən “Startup Istanbul Conference” adlı böyük tədbirdə iştirak edib.

Bu gün Türkiyədə internet-bazar çox aktiv şəkildə inkişaf edir. Bununla əlaqədar Türkiyə internet startapları investorların daha da aktiv marağına səbəb olur. Hər il yüzlərlə yeni şirkət dünya iqtisadiyyatına qoşulur və orada öz yerlərini tutur. Türk bazarı da çoxlu gənc sahibkarları ilə vençur sənayesi və iqtisadiyyatı üzrə dünya sahibkarlarının diqqətini özündə cəmləşdirib.

“Etohum” tərəfindən təşkil olunmuş “Startup Istanbul Conference”nin keçirilməsində məqsəd bütün dünyanın internet-şirkətlərini və investorlarını bir meydançada yığmaq olub. Böyük nailiyyətlərə imza atmış şirkətlər, dünya bazarında müvəffəqiyyət qazanmış investorlar təcrübələrini bölüşüblər və yeni başlayanlara dəyərli məsləhətlər veriblər, uğur əldə etmək vasitələri haqda danışıblar.

Tədbirdə “Infipro Inc.” şirkətini direktor Eldar Abbasov təmsil edib. Konfransda çıxış edən Eldar Abbasov diqqəti ən perspektivli layihələrə çəkib, eksponent şirkətlər və vençur sənayesi nümayəndələri, həmçinin investorlarla bir sıra əhəmiyyətli görüşlərdə iştirak edib. Görüşlər zamanı yaxın gələcək üçün qarşılıqlı əlaqə planı qurulub.

“Infipro Inc.” nailiyyət və qazandığı uğurlarla kifayətlənmir, özünün təsir və aktiv iştirak sahəsini genişləndirməkdə davam edir. Bu gün ölkəmiz üçün strateji əhəmiyyət daşıyan böyük layihələrin reallaşdırılması üzərində iş gedir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR