Rusiyadan Azərbaycana gələn minik maşınında külli miqdarda narkotik maddə aşkarlanıb

Rusiyadan Azərbaycana gələn minik maşınında külli miqdarda narkotik maddə aşkarlanıb
# 02 dekabr 2013 09:10 (UTC +04:00)

Bakı – APA. Rusiyadan Azərbaycana gələn minik maşınında külli miqdarda narkotik maddə aşkarlanıb.

Bu barədə APA-ya Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən məlumat verilib.

Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatına əsasən Rusiya Federasiyası istiqamətindən Azərbaycan Respublikasına “Xudat” gömrük postundan keçməklə gələn, Rusiya Federasiyası vətəndaşı Qalladjov Amrulla Şaxmir oğlunun idarə etdiyi “VAZ-21043” markalı, H 755 KX 05 RUS dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə gömrük baxışı həyata keçirilib. “Reks” ləqəbli kinoloji xidmət itini tətbiq etməklə aparılan gömrük baxışı zamanı avtomaşının qabaq sol qanadının alt hissəsindəki örtüyün altından 4 bağlamada, qabaq sağ qanadının alt hissəsindəki örtüyün altından 2 bağlamada, qabaq oturacağın altından 1 bağlamada və arxa yük yerindəki sol yan örtüyün arxasından 2 bağlamada, ümumi xalis çəkisi 3 kiloqram 480 qram olan bitki mənşəli narkotik təbiətli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülüb. Faktla bağlı DGK-nın İstintaq İdarəsində təhqiqat aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR