Volqoqradda avtobusu partlamaqda şübhəli bilinən şəxsin kimliyi müəyyən edilib - FOTO

Volqoqradda avtobusu partlamaqda şübhəli bilinən şəxsin kimliyi müəyyən edilib - <span style="color: red;">FOTO
# 21 oktyabr 2013 20:31 (UTC +04:00)

Bakı – APA. Rusiyanın Volqoqrad şəhərində sərnişin avtobusunda baş vermiş partlayışın Mahaçqala sakini Naidə Asiyalovanın törətdiyi məlum olub. APA-nın məlumatına görə, bunu “RİA Novosti”yə Dağıstanın hüquq-mühafizə orqanlardakı mənbə deyib.

Məlum olub ki, terror aktında şübhəli bilinən N.Asiyalova heç vaxt axtarışda olmayıb və onun adı hər hansı cinayət işində hallanmayıb.

Qeyd edək ki, hadisə bu gün Moskva vaxtı ilə saat 14.45-də “Lesobaza” dayanacağı yaxınlığında baş verib. Partlayış nəticəsində 6 nəfər ölüb, 20 nəfər yaralanıb. “LiAZ” markalı avtobusda ümumilikdə 40-a yaxın adam olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR