İran XİN-in sözçüsü: “İran prezidentinin ABŞ və Böyük Britaniya rəsmiləri ilə görüşləri planlaşdırılmır”

İran XİN-in sözçüsü: “İran prezidentinin ABŞ və Böyük Britaniya rəsmiləri ilə görüşləri planlaşdırılmır”
# 17 sentyabr 2013 13:03 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İran Xarici İşlər Nazirliyinin sözçüsü Mərziya Əfxəm yerli və xarici jurnalistlər üçün keçirdiyi həftəlik mətbuat konfransında ölkə prezidentinin ABŞ-a səfərindən də danışıb. APA-nın “Fars” agentliyinə istinadən verdiyi məlumata görə, M. Əfxəm bildirib ki, BMT Baş Assambleyasının sessiyası dünya ölkələrinin iştirak etdiyi ən mühüm tədbirlərdən biridir: “Tədbirə dövlət başçıları və xarici işlər nazirlərinin qatılması unikal hadisədir. İran prezidentinin görüşləri və proqramı haqqında da münasib vaxtda məlumat veriləcək. Biz Həsən Ruhaninin Nyu-York səfəri haqda informasiyaları açıqlayacağıq”.

İran XİN sözçüsü bəyan edib ki, H. Ruhaninin Nyu-Yorkda ABŞ və Britaniya rəsmiləri ilə heç bir görüşü planlaşdırılmır: “Əgər proses hansısa görüşün keçirilməsinə doğru irəliləyərsə, bu, “altılıq” ölkələri çərçivəsində olacaq”.

İran XİN sözçüsü Tehranla London arasında münasibətlərin bərpa edilib-edilməyəcəyi məsələsinə də toxunub: “Böyük Britaniyanın baş naziri Devid Kameron İran prezidentinə məktub göndərib. O, məktubunda iki ölkə arasında əlaqələrin qurulması üçün maraqlı olduğunu ifadə edib. Biz də qayda-qanunlarımıza uyğun olaraq vəziyyəti araşdırırıq və araşdırmalarımızdan sonra fikirlərimizi açıqlayacağıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR